📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranın vitse-prezidentinin qəzada yaralanan övladları da öldü

2025-12-05 00:03:13

İranın vitse-prezidentinin qəzada yaralanan övladları da öldü

İranın vitse-prezidenti İsmail Səqqab İsfahaninin noyabrın 30-da Gərmsar–Tehran magistral yolunda baş vermiş ağır yol qəzasında xəsarət alan övladları dünyasını dəyişib.

İran rəsmisi bu barədə “X” hesabında məlumat paylaşıb.

Bildirilib ki, ağır yaralanan və beyin ölümü diaqnozu qoyulan qızı Hüsna və oğlu Sübhan xəstəxanada həyatını itiriblər.

Xatırladaq ki, vitse-prezidentin həyat yoldaşı eyni qəza zamanı hadisə yerində həlak olmuşdu. \\Qafqazinfo