📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranın vurduğu ABŞ bazalarını GÖRÜNTÜLƏRİ - FOTO

2026-08-09 21:17:05

İranın vurduğu ABŞ bazalarını GÖRÜNTÜLƏRİ - FOTO

İran dövlət mediası iyul ayında İran tərəfindən həyata keçirilən raket və pilotsuz uçuş aparatı hücumlarının bölgədə ABŞ-la əlaqəli obyektlərə vurduğu zərərin nəticələrini əks etdirdiyi iddia olunan peyk görüntülərini yayımlayıb.

Hurriyyet.Media xəbər verir ki, yayılan görüntülərdə aşağıdakı obyektlərin yer aldığı bildirilir:

▪️ İraqın Ərbil şəhərində yaşayış obyekti - ABŞ hərbçiləri və zabitləri tərəfindən istifadə edildiyi bildirilir;

▪️ Suriyanın Həsəkə vilayətində yerləşən Kasrak bazasında ABŞ personalı üçün nəzərdə tutulmuş binalar;

▪️ Küveytdə Bubiyan adasında ABŞ hərbçiləri və zabitlərinin toplaşdığı məkan;

▪️ Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində ABŞ-a məxsus anqar və yanacaq çənləri.

İran dövlət mediasının məlumatına görə, peyk görüntülərində sözügedən obyektlərə iyul ayında endirilən raket və dron zərbələrinin nəticələri əks olunub.