📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranın xarici işlər naziri Pakistana getdi

2024-01-29 08:30:13

İranın xarici işlər naziri Pakistana getdi

Hurriyyet.az xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ikitərəfli münasibətlərin normallaşdırılması məqsədi ilə Pakistana gedib. Bu barədə məlumatı Pakistan XİN verib. Açıqlamada onun Pakistanın xarici işlər naziri vəzifəsini icra edən Cəlil Abbas Cilaninin dəvəti ilə səfərə çıxdığı bildirlir.
Səfər çərçivəsində Abdullahiyan Pakistanın baş naziri səlahiyyətini icra edən Ənvərül Haqq Kakar ilə də görüşəcək. 
Bəlli olduğu kimi, İran Silahlı Qüvvələrinin yanvarın 16-da Pakistan ərazisində yerləşən "Ceyş əz Zolm" terror təşkilatının iki qərargahına zərbələr endirməsindən sonra iki ölkənin münasibətlərində gərginlik yaranmışdı. İran hərbçilərinin Pakistan rəhbərliyindən icazəsiz fəaliyyəti İslamabadın dərhal reaksiya verməsinə səbəb olmuşdu.
Yanvarın 17-də Pakistan XİN Tehrandakı səfiri Məhəmməd Mudassir Tipunu geri çağırmış və həmin vaxt ölkəsində səfərdə olan İran səfirinə hələlik İslamabada qayıtmamağı tövsiyə etmişdi.
Yanvarın 18-də Pakistan Silahlı Qüvvələri antiterror əməliyyatı apararaq, İranın Sistan və Belucistan vilayətindəki terror hədəflərinə zərbələr endirdiyini bildirmişdi.
Hürr Tərcüman