📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranın “Xəyyam” peyki Rusiya tərəfindən orbitə buraxıldı

2022-08-09 14:47:00

İranın “Xəyyam” peyki Rusiya tərəfindən orbitə buraxıldı

İranın "Xəyyam" peyki Qazaxıstandakı Baykonur kosmodromundan “Soyuz” peyk daşıyıcısı vasitəsilə Yerin orbitinə buraxılıb.
Avqustun 9-u, səhər saatlarında İrana məxsus “Xəyyam” peyki Rusiyanın “Soyuz” peyk raketi ilə Qazaxıstandakı Baykonur kosmik bazasından orbitə buraxılıb.
“Xəyyam” peykinin İran Kosmik Təşkilatının tədqiqatçıları tərəfindən peyk məlumatlarını təmin etmək və kosmos sənayesinin kənd təsərrüfatı və ətraf mühit kimi sahələrdə tətbiqlərini inkişaf etdirmək məqsədilə istehsal olunduğu iddia olunur.
Ancaq bir sıra mənbələr, xüsusilə qərb mənbələri "Xəyyam" peykinin İran və Rusiya tərəfindən hərbi məqsədlər üçün istifadə edilmək üçün hazırlandığı bildirilir.

Ülviyyə, Hurriyyet.az