📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranın XİN başçısının Azərbaycana səfəri başlayıb

2021-12-22 12:34:00

İranın XİN başçısının Azərbaycana səfəri başlayıb

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycanda səfərdədir.

İranın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, nazirin təyyarəsi Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.

O, birgünlük səfər çərçivəsində rəsmi şəxslərlə görüşəcək.

Görüşlərdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və aktual regional məsələlər müzakirə olunacaq.