İranın Yəməndəki səfiri Həsən İrlu dünyasını dəyişib
2021-12-21 10:54:00
Yəmən husilərinə aid olan "Ənsarullah" qruplaşmasına yaxın media fəalı bildirib ki, İranın Yəmən hüsiləri yanındakı səfiri Həsən İrlu öldürüb. "Azad iran" Teleqram kanalının verdiyi xəbərə görə, Əli Fazil adında media fəalı "Tvitter" hesabında yazıb ki, İrlu Səudiyyə Ərəbistanının dəstəklədiyi koalisiya qüvvələri tərəfindən Yəməndə öldürülüb.
Bu barədə İran XİN-nin mətbuat katibi Səid Xətibzadə bu faktı təsdiq edib. Amma onun sözlərinə görə, səfir koronavirusdan vəfat edib. Xətibzadə açıqlayıb ki, səfir sağlamlığında yaranan problem səbəbindən İrana qayıtmalı olub.
Ülviyyə, Hurriyyet.az