İranın yeni dronu – “İsrailə qədər uça bilər”
2023-08-22 17:06:18
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadlaxəbər verir ki, İran 2 min km uçuş mənzilinə malik yeni PUA-nə təqdim edib. Dronun adı “Mühacir-10”-dur. 300 kiloqrama qədər yük daşıya, 24 saat fasiləsiz uça bilir. Kəşfiyyat avadanlıqları sistemi ilə təchiz olunub, müxtəlif silahları daşıya bilir.
İranın Müdafiə Sənayesi Günü münasibətilə keçirilən tədbirdə PUA-nın təqdimat mərasimində İran Prezidenti İbrahim Rəisi də iştirak edib.
“Assoşieyted Press” agentliyinin yazdığına görə, uçuşun mənzili dronun İsrailə qədər getməsinə imkan verir. Agentlik İranın yeni dronunun xaricdən Amerikanın “MQ-9 Reaper” PUA-sına bənzədiyini iddia edir.
Hürr Tərcüman