İranın yeni müdafiə naziri məlum oldu
2026-10-18 19:29:16
İran parlamenti Mehrdad Əxlaqinin ölkənin müdafiə naziri vəzifəsinə təyin edilməsini təsdiqləyib.
Oxu.Az bu barədə "Press TV" telekanalına istinadən xəbər verir.
Xatırladaq ki, oktyabrın 5-də Əxlaqi müdafiə naziri postuna namizəd göstərilmişdi.
Qeyd edək ki, martın 2-dən etibarən müdafiə naziri vəzifəsinin icrası Məcid ibn əl-Rzaya həvalə olunmuşdu. O, yazın əvvəlində ABŞ və İsrailin zərbələri nəticəsində Əziz Nəsirzadənin həlak olmasından sonra bu vəzifəni müvəqqəti olaraq icra edirdi.