📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranın yeni Prezidenti o seçildi - Yenilənib

2024-07-06 09:06:05

İranın yeni Prezidenti o seçildi - Yenilənib

İrandakı prezident seçkilərinin ilkin qeyri-rəsmi nəticələrinə əsasən, islahatçıların təmsilçisi Məsud Pezeşkian əsas rəqibi Səid Cəlilini üstələyir.

Hurriyyet.az xəbər verir ki, bu barədə ölkənin “Tasnim” agentliyi məlumat yayıb.

“Hesablama Pezeşkianın xeyrinə davam edir”, - agentlik qeyd edib.

Bildirilib ki, rəsmi statistika bir neçə saat sonra elan olunacaq.

***

İranda keçirilən 14-cü prezident seçkilərinin ikinci turunun yekun nəticələri açıqlanıb.

Hurriyyet.az xəbər verir ki, ümumilikdə 30 milyon 530 mindən çox səs hesablanıb.

Yekun nəticəyə əsasən, Məsud Pezeşkian 16,384 milyon seçininin etimadını qazanıb. 53,6% səs toplayan M.Pezeşkian İranın 9-cu prezidenti seçilib.

Səid Cəlili isə bu post uğrunda mübarizədə 13,538 milyon səs toplayıb.

qafqazinfo.az