📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranın yol və şəhərsalma naziri Azərbaycana gələcək

2025-03-26 23:52:55

İranın yol və şəhərsalma naziri Azərbaycana gələcək

İranın yol və şəhərsalma naziri, İran-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiq aprelin 10-da Bakıya səfər edəcək.

Hurriyyet.Az bildirir ki, bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.

Məlumata görə, səfər çərçivəsində onun sözügedən komissiyanın Azərbaycan tərəfdən həmsədri, baş nazirin müavini Şahin Mustafayev və digər rəsmilərlə görüşü nəzərdə tutulub.

Qeyd olunub ki, görüşlərdə iqtisadiyyat, nəqliyyat və infrastruktur sahələrində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi müzakirə ediləcək.