İranın Zəngəzur dəhlizi narahatlığına Moskvadan cavab
2024-09-11 14:41:14
Hurriyyet.az xəbər verir ki, RF Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ölkəsinin Zəngəzur dəhlizi ilə bağlı İranla razılaşmalara sadiq olduğunu bildirib. Bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Şoyqu bu bəyanatı İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianla görüşdə verib.
Şoyqu deyib: "Rusiya Zəngəzur məsələsi ilə bağlı Tehranla əvvəlki razılaşmalarına sadiqdir və Moskvanın bununla bağlı siyasəti qətiyyən dəyişməyib".
Hürr Tərcüman