📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranla Almaniya arasında gərginlik - növbəti addımı Tehran atdı

2023-03-01 18:31:00

İranla Almaniya arasında gərginlik - növbəti addımı Tehran atdı

Hurriyyet.az xəbər verir ki, “Tasnim” agentliyi İran Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Nəsir Kənaniyə istinadla Almaniyanın iki diplomatının Tehran tərəfindən arzuolunmaz şəxs elan edildiklərini bildirib.

İran XİN təmsilçisinin açıqlamasında deyilir: “Qarşılıqlı hörmət atmosferində ünsiyyət qurmaq İran İslam Respublikasının prioritetidir. Lakin müəyyən tərəflər ölkəmizin əsas qanunlarına və milli suverenliyinə əhəl qoymamağa çalışırlarsa, alternativ qərarlar qaçılmazdır”.

Tehranın Almaniyanın iki diplomatını “persona non qrata” elan eləmək qərarı, ikili vətəndaşlığa – Almaniya və İran vətəndaşlığına malik olan Cəmşid Şarmahda ölüm cəzası kəsilməsinə cavab olaraq fevralın 22-də Berlinin iki nəfər iranlı diplomatı ölkədən qovmaq qərarına qarşılıq olaraq verilib. İran məhkəməsi Cəmşid Şahmahdı terrorçuluq fəaliyyətində ittiham edib.

Hürr Tərcüman