“İranla bağlı təhlükəsizlik məsələlərində bir sıra problemlər hələ öz həllini tapmayıb” - Fərid Şəfiyev
2023-12-28 13:53:04
İranla bağlı təhlükəsizlik məsələlərində bir sıra problemlər hələ öz həllini tapmayıb.
Hurriyyet.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev qurumun 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
O qeyd edib ki, İranla bağlı məsələlər müsbət müstəvidə gedir.
“Amma təhlükəsizliklə bağlı məsələlərlə bağlı problemlər hələ öz həllini tapmayıb. Ona görə də təşəbbüs İran tərəfdədir. Baxaq onlar 2024-cü ildə hansı addımları atacaqlar”, - F.Şəfiyev deyib.
report.az