📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranla danışıqlar gələn həftə bərpa olunacaq

2021-12-23 16:32:00

İranla danışıqlar gələn həftə bərpa olunacaq

İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası üzrə danışıqlar dekabrın 27-də Vyanada davam etdiriləcək.

Hurriyyet.az xəbər verir ki, bu barədə Aİ XİN baş katibinin müavini və JCPOA üzrə Birgə Komissiyanın əlaqələndiricisi Enrike Mora məlumat yayıb.

"Vyanada danışıqlar Bazar ertəsi, dekabrın 27-də davam etdiriləcək. Birgə JCPOA Komissiyası müzakirə və irəliləyiş yolu müəyyən etmək üçün toplanacaq", - deyə o, "Twitter" səhifəsində yazıb.