İranla Ermənistan Culfadan Təbrizə qədər dəhliz çəkirlər – İran tunel, körpü və avtomobil yollarını özü inşa edəcək
Tarixi Azərbaycan ərazilərində qurulmuş iki dövlətin Zəngəzur dəhlizinə “alternativ” yolu
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, İran körfəzi ilə Ermənistan arasında Şərqi Azərbaycan əyalətindən keçən xüsusi nəqliyyat dəhlizi yaradılacaq. Bu məsələ bu gün Ermənistanın Ərazi İdarəsi və İnfrastruktur naziri Qnel Sanosyan ilə İranın Yol və Şəhər İnkişafı naziri Rüstəm Qasımi arasındakı görüş zamanı müzakirə edilib.
İran nazirinin sözlərinə görə, marşrut Norduzdan (İrandakı Şərqi Azərbaycan əyalətinin Culfa rayonunda kənd) Verzeqana və Təbrizə qədər davam edəcək və layihənin reallaşması nəticəsində “İran ilə Ermənistan üçün ticarət məhsullarının danışması və nəqli imkanları yaxşılaşacaq”.
İSNA agentliyinin yazdığına görə, Qasımi deyib: “Bu marşrut böyük həcmdə tranzitə xidmət edə bilər. Bu marşrutun xüsusiyyətlərindən biri yolun uzunluğunun və vaxt məhdudiyyətinin xeyli azaldılmasıdır”.
İran şirkətləri körpülərin, tunellərin və avtomobil yollarının tikintisi işini öz üzərlərinə götürməyə hazırdırlar.
Hürr Tərcüman