📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranla Ermənistanın təhlükəsizlik şuralarının rəhbərləri görüşüblər

2023-04-10 16:22:00

İranla Ermənistanın təhlükəsizlik şuralarının rəhbərləri görüşüblər

Hurriyyet.az İranın “Mehrnews” portalına istinadla xəbər verir ki, İranın Milli Təhlükəsizlik Ali Şurasının Baş katibi Əli Şemxani ilə Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Tehranda görüş keçiriblər. Görüş zamanı ikitərəfli və regional məsələlərin müzakirə edildiyi bildirilir. Şemxani Tehran ilə İrəvan arasında iqtisadi əlaqələrdən danışarkən Şimal-Cənub nəqliyyat dəhlizinin iki ölkə arasındakı ticarət əlaqələrinin dərinləşməsi üçün şərait yaratdığını qeyd edib. O, Qafqaz regionunun həssas bir dövrdən keçdiyini söyləyib.

Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da iki ölkə arasında elektrik enerjisi verilişi layihəsi ilə Ermənistanla Türkmənistan arasındakı qaz mübadiləsinin Tehran-İrəvan əlaqələri baxımından mühüm məsələlər olduğunu deyib.

Hürr Tərcüman