İranla İsveç arasında diplomatik gərginlik
2023-05-22 10:04:00
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, mayın 21-də İsveçin Tehrandakı səfiri Nadin Lozano səfirliyin sosial şəbəkələrdəki paylaşmaları ilə əlaqədar İranın Xarici İşlər Nazirliyinə çağrılıb. Nazirlikdə səfirə İsveç səfirliyinin sosial şəbəkələrdəki paylaşmalarına İran bayrağının təsvirinin təhrif olunması ilə bağlı narazılıq bildirilib, İsveç tərəfinin bu cür davranışının iki ölkənin dostluq əlaqələrinə uyğun gəlmədiyi bəyan edilib.
Hürr Tərcüman