📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"İranla münasibətlərdə gərginlik olsa belə, dialoqun davamı vacibdir" - POLİTOLOQ

2023-06-09 16:02:00

"Tehran həbs etdiyi tələbəmizi azad edərsə, səfirliyimizə terror hücumun araşdırılması barədə Bakıya müfəssəl məlumat verərsə, münasibətlərdə gərginlik nisbətən azala bilər"

"Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında növbəti telefon danışığı baş tutub. Əlbəttə, münasibətlərdə gərginlik olsa belə, dialoqun davamı vacibdir, sadəcə Tehran heç bir addım atmır". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzini rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

"Atlas" Araşdırmalar Mərkəzini rəhbəri hesab edir ki, Tehran həbs etdiyi tələbəmizi azad edərsə, səfirliyimizə terror hücumun araşdırılması barədə Bakıya müfəssəl məlumat verərsə, münasibətlərdə gərginlik nisbətən azala bilər: "Bu şərtlə ki, Azərbaycana qarşı informasiya savaşını da dayandırsınlar. Əks halda nazirlər nə qədər telefonla danışsalar da, faydası olmayacaq".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az