İranla nüvə müqaviləsinin razılaşdırılmasına “bir addım” qalıb
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, İranla nüvə müqaviləsinin bərpa edilməsi üçün Vyanada keçirilən müzakirələrdə Çinin nümayəndə heyətinə başçılıq edən Vand Tsyun danışıqların başa çatmasına bir addım qaldığını söyləyib. Bu xəbəri İRNA agentliyi yayıb.
Vand Tsyun deyib: “Biz həqiqətən də yekun mərhələdə və tam razılaşmanın bir addımlığındayıq. Çin fikir ayrılıqlarını minimuma endirmək üçün böyük səy göstərib və bu istiqamətdə səy göstərməyə davam edəcəkdir”.
Xatırladaq ki, Almaniya kansleri Olaf Şolts fevralın 20-dəki çıxışında nüvə danışıqlarına “həqiqət anının çatdığını” bildirmişdi.
Danışıqların dekabr ayında başlamış və hazırda davam edən mərhələsində İran, Çin, Rusiya, Böyük Britaniya, Fransa və Almaniya təmsilçiləri iştirak edirlər. İrana qarşı sanksiyaların ləğv edilməsi müqabilində onun nüvə proqramını məhdudlaşdırması tələb olunur.
Hürr Tərcüman