📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranla razılaşmada İsrailin maraqları nəzərə alınmalıdır - Netanyahu

2026-02-12 23:26:45

İranla razılaşmada İsrailin maraqları nəzərə alınmalıdır - Netanyahu

İsrailin Baş naziri Benyamin Netanyahu İranın nüvə proqramı ilə bağlı mümkün razılaşmada İsrailin maraqlarının qorunmasının vacibliyini vurğulayıb.

"Unikal" xəbər verir ki, Netanyahu bu barədə ABŞ Prezidenti Donald Trampla Vaşinqtonda keçirdiyi görüşdən sonra İsrailə qayıdarkən jurnalistlərə açıqlamasında danışıb.

Onun sözlərinə görə, Tramp İran məsələsində fikirlərini öyrənmək istəyib: “O, mənim mövqeyimi eşitmək istəyirdi. İranla hər hansı razılaşmanın mahiyyəti ilə bağlı ümumi skeptik yanaşmamı ifadə etdim”.

Baş nazir qeyd edib ki, mümkün razılaşmada yalnız nüvə proqramı deyil, həmçinin İranın ballistik raketləri və proksi qüvvələri ilə bağlı məsələlər də İsrail üçün önəm daşıyır və bunlar nəzərə alınmalıdır.

Netanyahu əlavə edib ki, görüşdə Qəzza zolağı ilə bağlı sülh planı da müzakirə mövzusu olub.