İranla Rusiya dollardan imtina edirlər
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, İran ilə Rusiyanın mərkəzi banklarının rəhbərləri qarşılıqlı hesablaşmalar zamanı dollardan imtina eləmək barəsində razılığa gəliblər. Tezliklə iki ölkə arasında sövdələşmələr milli valyutalarla – rial və rubl ilə ödəniləcək.
İRNA agentliyinin yaydığı xəbərə görə, bu məlumatı İran parlamentinin İqtisadiyyat Komissiyasının sədri Məhəmmədrza Pür-İbrahimi verib. Komissiya sədri deyib: “Biz İranın Mərkəzi Bankının rəhbəri ilə birlikdə Moskvaya səfərimiz zamanı Rusiya Mərkəzi Bankının başçısı, İqtisadiyyat naziri, hökumət başçısının müavini Aleksey Overçuk və Ticari-İqtisadi Əməkrdaşlıq üzrə Rusiya-İran Komissiyasının həmsədri Aleksandr Novak ilə görüşdük”.
Görüş zamanı ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirə edildiyini söyləyən Pür-İbrahimi qeyd edib ki, İran ilə Rusiya arasındakı ticarətin həcmi son 9 ay ərzində 4 milyard dolları keçib. O, qısa müddət ərzində bu rəqəmin 50 faiz yüksələ biləcəyini söyləyərək əlavə edib ki, ABŞ ilə Avropa tərəfindən Rusiyaya qarşı qoyulmuş sanksiyalar fonunda İran İslam respublikası Rusiya bazarında Qərb istehsalçılarını bacarıqlı şəkildə əvəz edə bilər.
Hürr Tərcüman