İranla Rusiya viza rejimini ləğv etmək və ortaq aviaşirkətlər qurmaq niyyətindədirlər
2023-08-16 13:03:00
Hurriyyet.az xəbər verir ki, İran İslam Respublikasının Moskvadakı səfiri Kazım Calali “İzvestiya” qəzetinə müsahibəsində İranın Rusiya ilə viza rejimini tamamilə ləğv eləməyə hazır olduğunu və hazırda Tehrandakı rəhbər şəxslərin bu planın reallaşdırılması üçün müvafiq qərarlar verəcəklərini bildirib.
Diplomat bildirib ki, birgə aviaşirkətlərin yaradılması hazırda İran ilə Rusiya üçün tələbata çevrilib və ölkələr arasındakı uçuşların sayını dəfələrlə artırmaq imkanı verəcək.
Hürr Tərcüman