📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranla Rusiya Xəzərdə təlim keçirir

2024-07-22 16:24:57

İranla Rusiya Xəzərdə təlim keçirir

Xəzər dənizində Rusiya və İran gəmilərinin iştirakı ilə təlimlər keçirilir.

Hurriyyet.az xəbər verir ki, bu barədə məlumatı təlimlərin rəsmi nümayəndəsi, kapitan Abbas Hasani açıqlayıb.

Bildirilib ki, təlimlər dənizdə xilasetmə işlərinin həyata keçirilməsi və təhlükəsizliyin təmin edilməsi üzrədir. 

Onun sözlərinə görə, təlim Tehranın təşəbbüsü ilə ilk dəfə Xəzər dənizində keçirilir. Bununla əlaqədar olaraq, Rusiyanın “SB-45” gəmisi İranın ərazi sularına daxil olub. (qafqazinfo)