📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranla Səudiyyə Ərəbistanı arasında müntəzəm uçuşlar bərpa edilir

2023-12-13 10:49:06

İranla Səudiyyə Ərəbistanı arasında müntəzəm uçuşlar bərpa edilir

Hurriyyet.az xəbər verir ki, İran ilə Səudiyyə Ərəbistanı müntəzəm aviauçuşların bərpa edilməsi barəsində razılığa gəliblər. İki ölkə arasında birbaşa uçuşları yaxın gələcəkdə bərpa edilə bilər. İlkin mərhələdə İran aviaşirkətlərinin fəaliyyətə başlayacağı planlaşdırılır.

Bu barədə açıqlamanı İran Mülki Aviasiya Təşkilatının rəhbəri Məhəmməd Məhəmmədibəxş verib. İlk olaraq İranın iki aviaşirkəti zəvvarları Səudiyyə Ərəbistanına aparmağa başlayacaq.

Hürr Tərcüman