📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranla Səudiyyə Ərəbistanı razılığa gəliblər – təfərrüatlar açıqlanmır

2023-03-13 14:44:00

İranla Səudiyyə Ərəbistanı razılığa gəliblər – təfərrüatlar açıqlanmır

Hurriyyet.az xəbər verir ki, yaxın gələcəkdə İran ilə Səudiyyə Ərəbistanının xarici işlər nazirlərinin görüşü gözlənilir. Görüşün zamanı və məkanı bəyan edilməyib.

Bu barədə açıqlamanı İran İslam Respublikasının XİN-in rəsmi təmsilçisi Nəsir Kənani verib.

“Nur Nyus” portalının Kənanidən gətirdiyi sitatda deyilir: “İran ilə Səudiyyə Ərəbistanı XİN rəhbərlərinin görüşünü təşkil edirlər. Görüşün yaxın gələcəkdə baş tutacağına ümid edirik”. O, görüşün harada keçiriləcəyi barəsində məlumat verməyib.

Hürr Tərcüman