📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“İranla toqquşma an məsələsidir və bu an çox uzaq deyil” - İsrailli nazir

2021-10-21 21:54:00

“İranla toqquşma an məsələsidir və bu an çox uzaq deyil” - İsrailli nazir

İsrailin maliyyə naziri Aviqdor Liberman ölkəsilə İran arasında olan qarşıdurmanı dəyərləndirib.

Nazir açıqlamasında İsraillə İran arasında toqquşmanın hər an baş verə biləcəyini bildirib.

Nazirin sözlərinə görə, İranla nüvə sazişi üzrə aparılan danışıqlar əhəmiyyətsizdir və heç bir razılaşma ölkənin nüvə proqramını dayandıra bilməz.

Qeyd edək ki, bu yaxınlarda yayılan xəbərlərə görə, İsraildə İranın nüvə obyektlərinə hücum imkanlarının artırılması üçün 1.5 milyard dollarlıq yeni fond yaradılıb./Oxu.az