📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranlı deputat Azərbyacana qarşı yeni ittiham səsləndirdi

2023-04-12 10:39:00

İranlı deputat Azərbyacana qarşı yeni ittiham səsləndirdi

İranlı deputat Məmmədrza Əhmədi Səngəri İranlı rəsmilərin çoxdan alışdığı tərzdə adəti üzrə sayıqlayıb. Belə ki, İran parlamentinin Təhsil və Tədqiqat Komissiyalarının üzvü Məhəmmədrza Əhmədi Səngəri özünün Tvitter hesabında Azərbaycanı qərəzli şəkildə “Bakı hökuməti” adlandıraraq, böhtan və təhdid dolu paylaşım edib.

Tvitter paylaşımında, “Bakı hökuməti iranlı diplomatları arzuolunmaz şəxslər kimi ölkədən çıxardığı halda, təkfirçi və sionist ünsürlər bu şiə ölkəsində açıq və geniş şəkildə fəaliyyət göstərirlər. İran Azərbaycanda öz imkanlarını işə salsa, bu ölkənin hökuməti arzuolunmaz şəxsin kim olduğunu biləcək”, ifadələri ilə qərəzli hədyanlar işlədib. 

Ülviyyə, Hurriyyet.az

.