📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranlı deputat: "Rusiya 3 ada ilə bağlı strateji səhvinə və lüzumsuz müdaxiləsinə görə İrandan üzr istəməlidir"

2023-07-13 14:08:00

İranlı deputat:

“Rooz Plus” saytı xəbər verir ki, İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Əlaqələr Komissiyasının sədr müavini Şəhriyar Heydəri Fars Körfəzi Əməkdaşlıq Şurası və Rusiyanın birgə bəyanatına reaksiya verib.

Şəhriyar Heydəri Rusiyanın İranın ərazi bütövlüyünü şübhə altına almasına toxunaraq, bildirib ki, körfəzdə yerləşən 3 ada tarix boyu İrana məxsus olub və siyasi baxımdan heç bir müzakirəyə yer yoxdur.

“Rusiya hazırda Ukrayna ilə müharibə şəraitindədir, bu vəziyyətdə belə bir məsələni gündəmə gətirməklə ictimai fikirləri böhranlardan yayındırmağa çalışır. Hər halda Rusiya strateji səhvə yol verib və İran İslam Respublikasından üzr istəməlidir”, deyə o, əlavə edib.

Ülviyyə, Hurriyyet.az