İranlı deputatdan hədələyici açıqlama: Heç bir ölkənin İranın ərazi xəritəsini və sərhədlərini dəyişməyə haqqı yoxdur
“Defa Press” saytı xəbər verir ki, İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Hüseyn Nuşabadi Ermənistanın Qafan şəhərində İranın ilk baş konsulluğunun açılmasına toxunaraq, dolayısı ilə Azərbaycanın ünvanına hədə yağdırıb: “Bu baş konsulluq ona görə yaradılıb ki, hamı bilsin ki, heç bir ölkənin İranın ərazi xəritəsini və sərhədlərini dəyişmək və İran sərhədlərini işğal etmək hüququ yoxdur”.
“İran geosiyasi və coğrafi dəyişiklikləri məqbul hesab etmir və biz ölkəmizin ərazi xəritəsini pozmaq istəyən istənilən ölkənin əleyhinəyik. Ölkəmizin sərhədləri, qonşuları aydındır və mövcud quruluşu pozmaq, sərhədləri dəyişmək məqsədəuyğun deyil.
İran Azərbaycan və Ermənistanla çoxillik əlaqələrə malikdir və sərhəd keçidləri və yarmarkaları vasitəsilə iqtisadi-ticarət mübadiləsi və əməkdaşlıq edir. Buna görə, sərhədlərdə heç bir dəyişiklik baş verməməlidir, çünki bu, İranın iqtisadi mövqeyini zəiflədir”,-deyə o, əlavə edib
Sitat: “Ona görə də aydın məsələdir ki, İran öz sərhədlərini nöhkəmdirməyə çalışır, bununla əlaqədar Ermənistanın Qafan şəhərində ilk baş konsulluğumuzu yaratdıq, çünki bu sərhəd qorunmalıdır və heç kimin oranı işğal etmək hüququ yoxdur”.
Onun iddiasına görə, hər hansı yeni ərazi iddiası irəli sürmək sionist rejimin maraqlarına xidmət edir və onun regionda xərçəngvari təsirini genişləndirir. Yeni keçid və ya dəhliz yaratmaq İran İslam Respublikasının maraqları ilə uyğun gəlmir. Həmçinin İran İslam Respublikasının regiondakı bütün enerji və tranzit layihələrindən kənarda saxlanılmasını nəzərə alaraq, Tehran bu cür iddiaları rəsmi şəkildə pisləməlidir.
Ülviyyə, Hurriyyet.az