📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranlı deputatdan təhdid: İsrail hücum etsə, Hayfa və Təl-Əvivi yerlə-bir edəcəyik

2022-07-13 16:20:00

İranlı deputatdan təhdid: İsrail hücum etsə, Hayfa və Təl-Əvivi yerlə-bir edəcəyik

İran İslam Şurası Məclisinin üzvü Əhməd Naderi Amerika prezidentinin bölgəyə səfəri ərəfəsində hədələyib: “İslam Respublikası atom razılaşması dövründə nüvə proqramının dayandırılması və bəzi sərt və yumşaq güc elementlərini itirməsinə və Qasım Süleymani kimi əsas fiqurların öldürülməsinə baxmayaraq, hələ də bölgəni alova bürüyə bilər”.
İran parlamentinin üzvü region ölkələrinə qarşı təhdidlər yağdırarkən, İran hökumətinin son bir neçə ildə sabitliyi pozan addımları bölgə ölkələrinin birləşməsinə və bu təxribatlara qarşı mübarizə aparmaq üçün regional koalisiyanın yaranmasına səbəb olub. 
“Əgər genişmiqyaslı müharibə baş verərsə, müharibənin ilk anında 11 min raket atılacaq ki, hara düşsə, oranı yerlə bir edəcək”, deyə Naderi əlavə edib.

Ülviyyə, Hurriyyet.az