İranlı diplomat İraqa səfər edib
2023-02-22 16:47:00
Hurriyyet.az xəbər verir ki, İranın Xarici İşlər naziri Əmir Abdullahiyan bu gün səhər iraqlı həmkarı Fuad Hüseynin dəvəti ilə ölkənin paytaxtı Bağdad şəhərinə ikigünlük rəsmi səfərə başlayıb.
İRNA agentliyinin yazdığına görə, Abdullahiyan öz açıqlamasında deyib: “İraq regiondakı mövqelərini özünə qaytarır, onun rolu əvvəlkindən daha nəzərəçarpan olub. İran hakimiyyəti bir sıra regional və beynəlxalq məsələlərdə ölkə rəhbərliyi ilə məşvərət etməyə hazırdır”.
Abdullahiyanın öz həmkarı ilə yanaşı, İraq Prezidenti, Baş naziri, parlament spikeri, Ali Məhkəmə Şurasının başçısı və Milli Təhlükəsizlik Şurasının başçısı ilə görüşü planlaşdırılıb.
Hürr Tərcüman