📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranlı diplomatdan AÇIQLAMA: Qafqazda üçüncü Qarabağ müharibəsinin qalibi Rusiya olacaq

2022-09-20 13:20:00

İranlı diplomatdan AÇIQLAMA: Qafqazda üçüncü Qarabağ müharibəsinin qalibi Rusiya olacaq

İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani Bakı ilə İrəvan arasında baş verən son qarşıdurmalara toxunaraq deyib: “İranın Cənubi Qafqazda hərbi əməliyyat keçirməsinin zəruriliyi şüarını gündəmə gətirənlər bilərəkdən və ya bilməyərəkdən Cənubi Qafqazın İran üçün mümkün ukraynalaşdırılması planına kömək edirlər”.
Onun sözlərinə görə, Kreml yaxşı bilir ki, ABŞ ilə istənilən sövdələşmədə Vaşinqton, Qərb və İsraillə nisbətən yaxşı münasibətlərə malik olan Türkiyədir və onun köməyinə daha çox Ankara gələcək, xarici siyasət problemləri və gərginliyi Türkiyəninkindən qat-qat böyük olan İran deyil.
“Tehran həmişə olduğu kimi xarici siyasətdə Moskvanın əlində kart oyunu rolunu oynayacaq. Təbii ki, nəzərə almaq lazımdır ki, Avropa və ABŞ-ın Azərbaycanın enerjisinə və Azərbaycanla Türkiyə arasında tranzit marşrutuna ehtiyacı üzündən Rusiyaya qarşı sanksiyalar şəraitində Qərbin bu iki ölkə ilə əməkdaşlığı zəruriləşib.
Bütün daxili və xarici amilləri və səbəbləri nəzərə alsaq, İran hərbi əməliyyat keçirəcək vəziyyətdə deyil. Hesab edirəm ki, İlham Əliyev Zəngəzuru işğal etmək fikrində deyil və daha çox dəhliz əldə etməyə çalışır və Ermənistan ərazilərinin bir hissəsini ələ keçirməklə dəhlizə nail olmaq və qalan dörd rayonu Ermənistandan geri almaq niyyətindədir. Təbii ki o, bu məsələni Rusiyaya arxalanaraq həyata keçirmək istəyir...”, deyə diplomat əlavə edib.

Ülviyyə, Hurriyyet.az