İranlı diplomatdan AÇIQLAMA: “Şimal-Cənub dəhlizinin artıq dövrü keçib: daha sərfəli deyil”
2023-10-10 12:15:19
İran xarici işlər nazirinin iqtisadi diplomatiya üzrə keçmiş müavini Qulamrza Ənsari "Khabar Online" portalının “Kafe Xəbər” layihəsinə müsahibə verib. Sabiq diplomat deyib:
“Şimal-Cənub dəhlizinin taleyi dəyişib. Artıq əlverişli deyil. Biz Culfada Azərbaycanla qarşılaşırıq. Əvvəlcə Azərbaycanla siyasi problemlərimizi həll etməli, sonra Şimal-Cənub dəhlizi ilə məşğul olmalıyıq”.
O, əlavə edib:
“İran hökuməti elə indi Şimal-Cənub dəhlizini işə sala bilər. Biz Rəşt dəmir yolu xəttini Xəzər dənizinə çatdırmalı və dəhlizi dərhal aktivləşdirməliyik...”.
Ülviyyə, Hurriyyet.az