İranlı ekspert: "Bakı Zəngəzur dəhlizindən əl çəkməyəcək"
İranlı ekspertlər ant-Azərbaycan çıxışlar etmək şakərindən əl çkə bilmirlər. Bu qəbildən olan anti-Azərbaycan xəstəliyindən əziyyət çəkən siyasi şərhçilərindən biri də Şüeyb Bəhməndir.
Belə ki, bədnam siyasi şərhçi Şüeyb Bəhmən özünün “Shuaib Bahman” saytında Azərbaycan əleyhinə qərəzli müsahibə dərc edib:
“Bakıya güzəştə getmək və ya İlham Əliyevin addımlarına göz yummaq gələcəkdə Bakının İsraillə münasibətlərinin azalmasına və ya bu əlaqələrin tarazlaşmasına gətirib çıxaracağı fikri bizim əsassız gözləntimiz, səhvimiz və strateji səhvimizdir. Bu, son illərdə də sınaqdan keçirilib.
Zəngəzur dəhlizinin tikintisi üçün başlanan proses çox güman ki, başa çatdırılacaq, çünki bu dəhlizin açılmasının yeganə ciddi əleyhdarı İrandır və təəssüf ki, öz ölkəmizdə də biz bu məsələdə qərarların qəbul edilməməsi və ciddi fikir ayrılıqları ilə üzləşirik. Ermənistan hökuməti də artıq Zəngəzur dəhlizinin tikintisində iştirak etməyə xeyli dərəcədə inandırılıb. Baxmayaraq ki, İranın məsələyə həssas yanaşması ucbatından layihənin dəhliz adlandırılmasından əhəmiyyətli dərəcədə yayınmağa çalışılır.
İsrail Bakının regional siyasətinin həyata keçirilməsində Azərbaycanın əsas dəstəkçilərindən biridir və Azərbaycan-İsrail münasibətlərinin ox ucu həmişə ortaq düşmən kimi İrana yönəlib. Yəni, “Bakının” liderlərinin qavrayışı və düşüncəsi israillilərin İrana münasibəti ilə eynidir...”.
Ülviyyə, Hurriyyet.az