İranlı ekspert: "Ermənistan başağrısına çevrilə bilər"
2022-09-21 13:42:00
Amerika üzrə iranlı ekspert Əmir Əli Əbülfət, "Ermənistan başağrısına çevrilə bilər" başlıqlı tvitter paylaşımında yazıb: “Əgər NATO-nun Şərqə doğru genişlənməsi məsələsində Rusiyanın Amerikaya qarşı müqaviməti uğursuzluqla nəticələnərsə və Qafqaz ölkələri də NATO-ya üzv olarsa, İranın problemləri daha da artacaq”.
“NATO üzvü olacaq Ermənistan İrana nə qədər problemlər yarada bilər, o ki, qala NATO üzvü olacaq Azərbaycan”, deyə o bildirib.
Ülviyyə, Hurriyyet.az