İranlı ekspert: “Ermənistan ordusunu gücləndirmək öhdəliyi götürməliyik”
2023-04-06 13:54:00
Ardıcıl anti-Azərbaycan mövqeyi ilə gündəmə gələn iranlı siyasi şərhçi Diako Hüseyni özünün sosial media hesabında Bakıya qarşı daha bir aqressiv çağırış edib. O, “Ermənistan ordusunu gücləndirmək öhdəliyi götürməliyik” başlıqlı paylaşımında yazıb:
- Bakıdan səfirimizin geri çağırılması
- Ermənistan ordusunu gücləndirmək öhdəliyi
- Sünikdə hərbi baza yaratmaq və onun təhlükəsizliyinə zəmanət vermək üçün Yerevanla razılaşmaq
- Ermənistanın suverenliyini və beynəlxalq sərhədlərini pozduğuna görə Azərbaycanı məsuliyyətə cəlb etmək üçün diplomatiyadan və lazım gələrsə, hərbi gücdən istifadə etmək”.
Ülviyyə, Hurriyyet.az