İranlı “ekspert” Tehranda Şuşanın təhrif edilmiş “Şuşi” adlı küçəsindən foto paylaşıb
2022-07-08 13:15:00
Daim anti-Azərbaycan və anti-Türkiyə çıxışları və yazıları ilə gündəmə gələn və əslən Təbrizdən olan Salar Seyfəddini özünü Qafqaz üzrə siyasi şərhçi və tədqiqatçı kimi qələmə verir.
O, bu yaxınlarda şəxsi “Tvitter” hesabında Tehran bələdiyyəsi tərəfindən bir neçə ay öncə İran paytaxtının küçələrindən birinə verilən Azərbaycanın Şuşa şəhərinin təhrif edilmiş “Şuşi” adının fotosunu “Shusi” həştəqi ilə paylaşıb. Hər zaman Tehran hökumətinin siyasətinə uyğun və sifarişi ilə Azərbaycana qarşı qərəzli və əsassız təhlil yazıları ilə tanınan bu “siyasi şərhçi”nin İran-Azərbaycan əlaqələrinin yenicə normal məcraya düşdüyü bir vaxtda belə təxribat xarakterli paylaşımlara əl atması düşündürücüdür.
Ülviyyə, Hurriyyet.az