📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranlı ekspert yazır: “Ermənistan böhranında güclərin mübarizəsi”

2022-09-22 14:51:00

İranlı ekspert yazır: “Ermənistan böhranında güclərin mübarizəsi”

İranlı ekspert Ehsan Azəriniya, “Ermənistan böhranında güclərin mübarizəsi” başlıqlı yazı paylaşıb. Yazıda deyilir:
“Ermənistan və Azərbaycan arasında savaş yenidən diqqəti Cənubi Qafqaz bölgəsinə yönəldib. Son toqquşmalarda hər iki ölkənin 100-dən çox hərbi qüvvəsi öldürülüb və daha çoxu yaralanıb. Bu, 2020-ci ildən bəri tərəflər arasında ən gərgin toqquşma sayılır.
Bəzi analitiklərə görə, Ukrayna müharibəsi dünyada və Qafqazda böyük dəyişikliklərə səbəb olub və gələcəkdə bu proseslərin daha mühüm tərəfləri görünəcək.
Ukrayna müharibəsi Rusiyanı zəiflədib və baş verən dəyişikliklər Çinin ziyanına olub: Nəticədə Çin-Rusiya münasibətlərində dəyişikliklər baş verə bilər. Habelə Amerika və Qərb ölkələrinin bölgədə daha güclü iştiraka qərar verməsi də mümkündür.
Yazıda Ermənistanla-Azərbaycan savaşının yenidən başlamasının səbəbləri, Rusiya-Çin münasibətlərində mümkün dəyişikliklər, Ukrayna müharibəsinin Avrasiya regionuna təsiri və Rusiyanın yeritdiyi siyasət və onun bölgəyə mənfi təsirləri qeyd edilib”.

Ülviyyə, Hurriyyet.az