📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranlı ekspert Zəngəzur dəhlizinin ünvanına hədyanlar sərsəmlədi: “İran-Ermənistan sərhədini kəsmək üçün “saxta” Zəngəzur dəhlizini Yaşıl Dəhliz adlandırıblar”

2023-05-24 15:48:00

İranlı ekspert Zəngəzur dəhlizinin ünvanına hədyanlar sərsəmlədi: “İran-Ermənistan sərhədini kəsmək üçün “saxta” Zəngəzur dəhlizini Yaşıl Dəhliz adlandırıblar”

İranlı bədnam siyasi şərhçi Ehsan Movəhhediyan özünün Tvitter səhifəsində Zəngəzur dəhlizini həyasızcasına "saxta dəhliz" adlandıraraq cəfəng fikirlər səsləndirib:
“Bakı öz “aqressiv” xarakterini gizlətmək üçün adlarla oynayır. Bizi aldatmaq məqsədilə İran-Ermənistan sərhədini kəsməkdən ötrü “saxta” Zəngəzur dəhlizini Avropaya bərpa olunan enerji ixracı üçün Yaşıl Dəhliz adlandırıblar. Sanki, Bakı sahillərində elektrik enerjisi istehsal etmək üçün bir qitənin külək enerjisinə tələbatını ödəmək olar!”.

Ülviyyə, Hurriyyet.az