📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranlı ekspertdən absurd iddia: “Zəngəzur məsələsi Tehranın strateji mövqeyinin zəiflədilməsi üçün bir plandır”

2022-09-28 13:29:00

İranlı ekspertdən absurd iddia: “Zəngəzur məsələsi Tehranın strateji mövqeyinin zəiflədilməsi üçün bir plandır”

 “Zəngəzur məsələsi Tehranın strateji mövqeyinin zəiflədilməsi üçün bir plandır”. Bu sözləri beynəlxalq enerji məsələləri üzrə iranlı ekspert Mahmud Xaqani bildirib.
Xaqani həmçinin əlavə edərək deyib: “O vaxt Xəzər dənizinin xam neftinin İranın Neka limanından Fars körfəzinə mübadiləsi layihəsi həyata keçirilməli idi. Ancaq keçmiş neft naziri Mirkazeminin vaxtında bu layihə dayandırıldı və Aralıq dənizinin şərqində Bakı-Tbilisi-Ceyhan marşrutu işə düşdü, hansı ki iqtisadi cəhətdən rentabelli deyildi. Bu mübadilə əməliyyatı İranın göstərişi ilə dayandırıldığından, nəticədə İrandan Avropaya qaz ixracı kölgədə qaldı”.
Mahmud Xaqani İLNA-ya müsahibəsində Zəngəzur dəhlizi layihəsinin gerçəkləşməsinin İranın enerji ticarətinə təsirləri barədə deyib: “Birincisi, görünür, İranın həm indiki hökuməti, həm parlamenti, həm də öncəki hökumətləri bu layihəyə etinasız yanaşıblar. Amma Türkiyənin Qafqazda qarşısına qoyduğu məqsədlər bundan xəbər verir ki, o, dünyanın əsaslı şəkildə dəyişdiyini dərk edib. Bu o deməkdir ki, artıq qloballaşma məsələsi aktual deyil”.
“Qafqazda millətçilik məsələsi ona görə daha həssasdır ki, Rusiya Azərbaycanda və Araz çayı hövzəsində hələ də böyük təsir gücünə malikdir və nə vaxt hərbi maraqlar, NATO ilə razılaşma bunu tələb edirsə, o, belə mövqelər sərgiləyir. Azərbaycanın Ermənistana qarşı hərbi əməliyyatında da bunun şahidi olduq. Azərbaycan Türkiyənin vasitəçiliyi ilə hər hansı səbəbdən müvəqqəti atəşkəsi qəbul edənə və Zəngəzur Respublikasının mövcudluğunu dərhal elan edənə qədər çoxlu sayda hərbçi həlak oldu və Rusiya buna heç bir reaksiya vermədi...”, deyə Xaqani əlavə edib.

Ülviyyə, Hurriyyet.az