İranlı ekspertdən Bakı səfirinə hədə: “İranın Azərbaycandakı səfirinin bütün fəaliyyət müddəti yalnız ölkəmizin milli maraqları və ləyaqəti üçün zərərli olub”
Daim Azərbaycan əleyhinə kəskin mövqeyi ilə gündəmə gələn paniranist ekspert Salar Seyfəddini (əslən Təbrizdəndir - red.) “Tvitter” hesabında İranın Azərbaycandakı hazırkı səfiri Abbas Musəvini tənqid atəşinə tutub. Seyfəddini bildirib:
“Abbas Musəvinin səfir kimi bütün fəaliyyət müddəti İranın milli maraqları və ləyaqəti üçün yalnız zərərli olub və təbii ki, bunların heç biri bilməyərəkdən baş verməyib. Maraqlıdır ki, onun fəaliyyət müddətinin başa çatmasıma və yeni səfir təyin olunmasına baxmayaraq, Musəvi hələ də oradadır. Səbəbini bilirsiniz? Təkcə bu halın (İranın rəsmi İRNA agentliyinin naşı müxbirinin Şuşada keçirilən Global Media Forumda Azərbaycan Prezidentinə ingilis dilində sual vermək istəyərkən biabır olması) səbəbi ictimai rəyə məlum olsa, bir çox başqa müəmmaların da cavabı aydın olar”.
Ülviyyə, Hurriyyet.az