📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranlı ekspertdən həyasızcasına təhdid: “Əliyev öz həddini bilməlidir”

2022-11-10 11:40:00

İranlı ekspertdən həyasızcasına təhdid: “Əliyev öz həddini bilməlidir”

İran mediası Azərbaycana qarşı “Cənubi Qafqazda sabitliyi pozan niyyətlər: Bakının İrana qarşı təbliğat oyunları” adlı təxribat xarakterli yazı dərc edib. Yazı “Hamshahri Online” saytında dərc olunub.

“Avrasiya üzrə iranlı siyasi təhlilçi Ruhullah Modəbber deyib ki, öz sərhədlərində sülh və sabitliyin qorunması üçün hərbi təlim keçirmək İslam Respublikasının qanuni hüququdur. O, Azərbaycanı təhqiramiz şəkildə “Bakı Respublikası” adlandıraraq sərsəm iddia irəli sürüb: “Bakı hökuməti sionistlərin və Vaşinqtonun rəhbərliyi altında bölgədə gərginlik yaratmaq yönündə addımlar atır”.

Azərbaycan Prezidentinin son çıxışını “ritorika" adlandıran ekspert cəfəngiyat danışıb: “Görünür, “Bakı hökuməti” və İlham Əliyevin özü hələ də Cənubi Qafqazda sabitliyi pozan niyyətlərini reallaşdırmağa can atır və onun son açıqlamaları da bu kontekstdə dəyərləndirilməlidir...”.

Ülviyyə, Hurriyyet.az