📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranlı ekspertdən növbəti provokativ tvit 

2022-07-29 13:49:00

İranlı ekspertdən növbəti provokativ tvit 

Daim anti-Azərbaycan çıxışları ilə gündəmə gələn iranlı “siyasi şərhçi” Salar Seyfəddini ingilis dilində növbəti təxribat xarakterli tvit yazıb: 
“Ərdoğan və Putinlə görüşdə İran-Ermənistan sərhədinin qırmızı xətt olduğu vurğulanıb. 
Bu iki halın yaratdığı qəzəb onu (İsrailin Azərbaycandakı səfiri) İrana qarşı olduğunu zənnetdiyi, lakin əslində İranın milli tarixi və dastanının bir parçası olan bir kitabı reklam etməsinə səbəb olub”. 
“Daha da önəmlisi odur ki, israillilər kitabın bütün nüsxələrini alıblar. İranda hamı @GeorgeDeek-in axmaqlığından danışır və buna gülür. Onun Bakıda İranın milli dastanını (Şahnamə) yaymaq cəhdi İranın mədəni diplomatiyasının bəzi zəif cəhətlərini bilmədən də olsa kompensasiya edib”, deyə ekspert iddia edib. 

Ülviyyə, Hurriyyet.az