İranlı ekspertdən TƏHLİL: “İranın qonşuluğundakı böyük təhlükə-Tacikistanla Qırğızıstan arasında son vaxtlar baş vermiş münaqişənin səbəbi..."
Beynəlxalq məsələlər üzrə iranlı ekspert Abed Əkbəri “donya-e-eqtesad” saytında yazıb: “Tacikistanla Qırğızıstan arasında son vaxtlar baş vermiş münaqişənin səbəbi hələlik məlum deyil. Bəs niyə bu qarşıdurma məhz Şanxay Əməkdaşlıq Təşkilatının iclası günü, iki ölkə prezidentinin Özbəkistanın Səmərqənd şəhərində iqtisadi saziş imzalaması ilə eyni vaxtda və Azərbaycanla Ermənistan arasında baş verən toqquşmadan sonra alovlandı?
Həm də postsovet ölkələri niyə eyni vaxtda bir-biri ilə müharibəyə başladılar? Niyə münaqişələr daxili qarşıdurmalardan başlayır? Niyə bütün bu münaqişələrin simvolu feniksdir? Bu cür hərbi münaqişələr Mərkəzi Asiyada vəziyyəti sabitliyi pozmaq qabiliyyətinə malik geniş dövlətlərarası müharibələrə səbəb ola biləcəyi halda, müşahidəçilər İranın xarici siyasət idarəsinin fəaliyyətini passiv və görünür, bu münaqişələrin sıçrama ehtimalından xəbərsiz kimi qiymətləndirirlər.
Təəssüf ki, son Qarabağ savaşında İranın yanaşması passiv və müşahidəçi səviyyəsində olub ki, bu da regiondan kənar aktyorların yenidən oyuna girməsinə şərait yaradıb. Şübhəsiz ki, bu aktyorların fəallığı və İranın sülhməramlı qüvvələrinin münaqişələrdə iştirak etməməsi bizim üçün mənfi nəticələr verəcək.
İran Xarici İşlər Nazirliyi başda olmaqla ölkənin diplomatik qurumlarının reaksiyası şifahi komplimentlərlə məhdudlaşıb. Amma Rusiyanın yoxluğunda ABŞ və Türkiyə Qarabağda, Tacikistanda, Qırğızıstanda toqquşmalara girməyə çalışdılar. Türkiyənin Qarabağ münaqişəsində fəal iştirakı İranın səssiz diplomatiyası ilə müşayiət olundu. Əhalisi şiə olan Azərbaycanın və Ermənistanla iqtisadi əlaqələrin İran üçün əhəmiyyəti danılmaz olduğu halda; şübhəsiz ki, regionda vasitəçiliyə məhəl qoymamaq İranın sülh ideyası üçün böyük təhlükə yaradacaq.
Qonşu ölkələrdə İranın güc boşluğu və hətta İranın birbaşa maraqları, xüsusən də silahların səviyyəsinin azaldılması təhlükə altında olduğu halda belə, münaqişələrdə fəal diplomatiya yürütmək istəyinin olmaması gələcəkdə nəinki ölkənin strateji dərinliyinə kölgə salacaq, həm də İran coğrafiyasına yaxınlaşan qarşıdurmalara və münaqişələrin etnik qruplara sirayət etmə riskinə, sonsuz gərginlik ehtimalına və separatçı cərəyanların artmasına gətirib çıxaracaq. Bu üzdən, İranın regional mübahisələri həll etmək üçün daha fəal diplomatiyaya malik olması, həlledici və İran övladlarının gələcəyi üçün həlledici və taleyüklü məsələləri laqeydliklə başqalarının öhdəsinə buraxmaması gözləniləndir”.
Ülviyyə, Hurriyyet.az