📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranlı ekspertdən Tehrana həyəcan siqnalı verdi: “Turan dəhlizi” İrana daxil olmaq üçün bir təxribatdır

2022-09-23 12:34:00

İranlı ekspertdən Tehrana həyəcan siqnalı verdi: “Turan dəhlizi” İrana daxil olmaq üçün bir təxribatdır

İranın kəskin anti-Azərbaycan mövqeyi ilə seçilən siyasi şərhçisi Əhməd Kazemi Qafqazda baş verən yeni proseslərin təhlilinə həsr olunmuş toplantıda iddia edib: “Dünənə qədər Qarabağ məsələsi geosiyasi fitnə yaratmaq üçün bir pərdə rolunu oynayırdısa, bu gün “Turan dəhlizi” İrana daxil olmaq üçün bir təxribat planıdır”.
“Bultan News” saytının xəbərinə görə, o əlavə edib: “Biz bölgədə mürəkkəb geosiyasi intriqa ilə qarşı-qarşıyayıq və bu fitnəni nə qədər sadələşdirsək və Türkiyənin Kipr və İsgəndərun limanındakı hadisədən sonra peşman olduğunu desək də, bu doğru deyil”.
Kazeminin sözlərinə görə, İranda son dərəcə mütəşəkkil idarə olunan bir siyasi dairə bölgədəki prosesləri bizim üçün sadələşdirməyə, seçim etməyə və ya bir hissəsini kəsməyə çalışır.

Ülviyyə, Hurriyyet.az