📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranlı ekspertin Azərbaycanın "dərdini çəkməkdən" gözünə yuxu getmir:

2023-07-12 15:05:00

İranlı ekspertin Azərbaycanın

Azərbaycana qarşı düşmənçilikdən əl çəkməyən ermənipərəst siyasi şərhçi Ehsan Movəhhediyan sosial media hesabında yenidən sərsəmləyib.

O, bu sərsəmləməsini, “Əliyev Paşinyanın Qarabağ və Ermənistanın anklav kəndlərinin Azərbaycana aid olmasını qəbul etməsindən məmnundur” ifadələri ilə biruzə verib.

“Əliyev Paşinyanın Qarabağ və Ermənistanın anklav kəndlərinin Azərbaycana aid olmasını qəbul etməsindən məmnunluğunu ifadə edib, bunu rəsmi və yazılı şəkildə təsdiq etməsini tələb edib, habelə güc tətbiq etməklə hədələyib. Bu, Ermənistanın məhv edilməsi və İranın Avropaya gedən tranzit yollarına Azərbaycan və Türkiyənin nəzarət etməsi deməkdir. Ermənistan buna qarşı çıxmalıdır, xərac verməli yox!", deyə ermənipərəst ekspert davam edib.

Ülviyyə, Hurriyyet.az