İranlı erməniaşıqı ekspert Nizamidən sonra Fizuliyə "sataşmağa başlayıb": "Füzuli heç bir ədəbi sahədə seçilmir və hər hansı tarixi fəaliyyət göstərməyib"
Ermənipərəst mövqeyi ilə seçilən bədnam siyasi şərhçi Ehsan Movəhhediyan bu dəfə fars şairi Firdovsini şişirdib, əvəzində dahi Azərbaycan şairi Füzulini cılızlaşdırmağa cəhd edib.
O öz qərəzini belə biruzə verib: "Fars dilinə qarşı mübarizə aparmaq üçün Füzulini Firdovsiyə qarşı çıxarmaq rəzillikdir və heç bir nəticəsi olmayacaq. Pantürklər türk tarixini və ədəbiyyatını alt-üst etməklə, əldə etdikləri təkcə Füzuli olub. Onun da fars və ərəb dillərində çoxlu şeirləri var. Həm də, onun türkcə leksikonuna bir çox fars sözləri qarışıb, hansı ki, 100 il əvvələ qədər Bakıda və Türkiyədə yayılmışdı. Farsca danışanlar Firdovsinin fars dilinin yaşadılmasında müstəsna rolu olduğuna görə onu vurğulayırlar. Amma Füzuli heç bir ədəbi sahədə seçilmir və hər hansı tarixi fəaliyyət göstərməyib. Onu qabartmaq yalnız pantürklərin fars dili ilə mübarizə aparmaq məqsədi güdür, çünki Səfəvi dövrünün şairləri belə fars dilində şeirlər yazıblar”.
Ülviyyə, Hurriyyet.az