📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranlı general Moskvaya getdi - Patruşevlə danışıqların mövzusu nədir?

2023-06-27 17:14:00

İranlı general Moskvaya getdi - Patruşevlə danışıqların mövzusu nədir?

İranın hüquq-mühafizə qüvvələrinin baş komandanı, briqada generalı Əhməd Rza Radan 2 günlük səfərlə Moskvadadır.

Hurriyyet.az xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfirliyi məlumat yayıb.

O, çərşənbə axşamı Moskvaya gələn nümayəndə heyətinə başçılıq edir.

İranlı general Rusiya təhlükəsizlik və hüquq-mühafizə orqanlarının rəsmiləri ilə görüşlər və danışıqlar aparacaq.

Səfər zamanı Ə. Radan Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və Milli Qvardiyanın direktoru Viktor Zolotovla görüşəcək.

“Səfər zamanı hüquq-mühafizə sahəsində əməkdaşlıq memorandumunun imzalanması, Rusiya polisinin mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə malik olduğu potensial və imkanların ziyarət edilməsi və yoxlanılması, həmçinin təhlükəsizlik və hüquq-mühafizə orqanlarının rəsmiləri ilə danışıqların aparılması planlaşdırılır”, - deyə məlumatda vurğulanır. /yenisabah.az/