📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranlı generaldan təhdid: Ermənistanla sərhəddə istənilən dəyişiklik qəbuledilməzdir

2022-07-21 16:22:00

İranlı generaldan təhdid: Ermənistanla sərhəddə istənilən dəyişiklik qəbuledilməzdir

SEPAH-ın keçmiş generalı və Ərdəbilin sabiq millət vəkili Mənsur Həqiqətpur belə bir iddia irəli sürüb: “İslam inqilabı sayəsində bu gün İran bölgəsəl super gücə çevrilib və siyasi, təhlükəsizlik, müdafiə və iqtisadi proseslər İran İslam Respublikasının fikri alınmadan gerçəkləşə bilməz. Yeni qütbləşmələrdə İran yeni qlobal nizamın müəyyənedici və formalaşdıran ölkəsi kimi mütləq Rusiya, Çin və Hindistanın yanında yer alır”.
Siyasi şərhçinin sözlərinə görə, İranın Qərbi Asiyanın məsələlərində əsas baxış bucağı var və bu gün Suriya, Yəmən və İraq, habelə Qafqaz bölgəsinin təhlükəsizliyi və İran-Ermənistan sərhədi kimi qədim əlaqə yollarının qorunub saxlanmasını kimi məsələlər aktualdır, hansı ki Xameneyi də buna toxunub.
“İki gün öncə Ayətullah Xameneyi Qafqaz və Suriya ilə bağlı əsas xətti və istiqaməti Türkiyə prezidentinin diqqətinə çatdırıb və deyilib ki, Suriya yeni müharibəni qəbul etməyəcək və bu baş verərsə, bundan ən çox itirən və zərərçəkən Ərdoğanın özü olacaq”,-deyə Həqiqətpur Türkiyəni təhdid edib.
Sitat: “İranın ali rəhbəri geosiyasi dəyişikliklər məsələsində İran və Ermənistan arasında əlaqə dəhlizinin qorunub saxlanmasının vacibliyini tam açıq şəkildə bildirib və bu sərhəddə heç bir dəyişikliyin məqbul olmadığını vurğulayıb”.

Ülviyyə, Hurriyyet.az