İranlı jurnalist həyasızcasına Azərbaycanı hədələdi
2022-10-19 14:25:00
Özünü sərbəst jurnalist kimi təqdim edən Rza Abbasi adlı şəxs özünün “Tvitter” hesabında oktyabrın 17-də İran İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) Azərbaycan Respublikası ilə sərhədə qoşun yığaraq Araz çayı boyu ərazilərdə hərbi təlimə başlaması və SEPAH-ın baş komandanı general Hüseyn Salaminin və İİKK-nın Quru Qoşunlarının komandanı general Məhəmməd Pakpurun Azərbaycanın ünvanına hədə dolu mesajlar göndərməsi ilə bağlı yazıb:
“(İrandan) iki paytaxt üçün mesaj:
Birinə (Ermənistan) sülh və dostluq, digərinə (Azərbaycan) isə ultimatum...
Tezliklə ölkənin şimal-qərbindən maraqlı xəbərlər eşidəcəyik...”.
Ülviyyə, Hurriyyet.az